Avtomobildən oğurluq edənlər tutulub
06 iyul 2016 18:52 (UTC +04:00)

Avtomobildən oğurluq edənlər tutulub

0

Suraxanıda avtomobildən oğurluq edən şəxs ələ keçib.

 

Lent.az DİN-in saytına istinadən məlumatına görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 2-də Ramil Zeynalova məxsus “VAZ-2107” markalı avtomobildən səsgücləndiricilər, səs aparatı və ehtiyat təkəri oğurlamış Bakı şəhər sakini Təbriz Məmmədov tutulub.

 

Bundan başqa, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də Lənkəran şəhər sakinləri Vüsal Abdullayevə məxsus “VAZ-2107” markalı avtomobildən maqnitofon və mobil telefon oğurlamış, habelə iyulun 4-də Azad Əliyevə məxsus “VAZ-21074” markalı avtomobili qaçırmış şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Abdullayev da ələ keçib.

 

İyulun 4-də “Hyundai” markalı avtomobildən 2 çəllək pivə oğurlamış şəhər sakini Fərrux Qasımov isə Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar