Oğurluqda şübhəli bilinən yeniyetmə ələ keçib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 9-da rayon ərazisində “Hyundai” markalı avtomobildən 60 manat pul, videoqeydiyyat qurğusu və velosiped oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini olan yeniyetmə tutulub.
Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində daha 4 avtomobildən pul, mobil telefon və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.