Avtomobil dərəyə aşdı: <span style="color:red;">yaralıların vəziyyəti kiritikdir  - YENİLƏNİB
18 sentyabr 2019 13:27 (UTC +04:00)

Avtomobil dərəyə aşdı: yaralıların vəziyyəti kiritikdir - YENİLƏNİB

Qubanın Söhüb kəndindəki avtomobil qəzasında xəsarət alanlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
 
Bu barədə Lent.az-a xəstəxanadan verilən məlumata görə, Saleh Abzər oğlu Abdullayev (1992-ci il, Sumqayıt şəhər sakini) sol bazu və sağ baldır sümüklərinin sınığı diaqnozu ilə, İlkin Mahir oğlu Rəsulov isə (1984-cü il Sumqayıt şəhər sakini) kəllə-beyin travması və hər iki budun orta üçdə birinin sınığı, sol baldırın sınığı, soporoz hal, eləcə də travmatik şok diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
 
Hər iki yaralının vəziyyəti kritik kimi qiymətləndirilir.

***

13:25

Xəbər verdiyimiz kimi, Qubanın Söhüb kəndində  "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Quba şöbəsinin əməkdaşlarının olduğu maşın aşıb və iki nəfər (Zahid Qurbanov və Namiq Rüstəmov) aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Bununla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hazırda hadisə nəticəsində yaralanan iki nəfər ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstaxanasına aparılır.

Ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi, eləcə də Təcili Tibbi Yardım briqadalarının həkimləri də hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 725

Oxşar yazılar