Avtobusdan düşən 5 yaşlı uşağı maşın vurub
17 iyun 2016 18:55 (UTC +04:00)

Avtobusdan düşən 5 yaşlı uşağı maşın vurub

0

Gəncə şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin 5-ci mikrorayonu ərazisində qeydə alınıb. Həmin ərazidə yaşayan 2011-ci il təvəllüdlü Yusif Səməd oğlu Məmmədov anası ilə birgə mikroavtobusdan düşərkən sürətlə gələn avtomobil tərəfindən vurulub. Uşaq Gəncə şəhər Təcili və təxirəsalınmaz yardım Xəstəxanasına yerləşdirilib.

 

Kəllə-beyin travması alan azyaşlının vəziyyəti orta-ağır qiymətləndirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar