Bakıda sərnişin avtobusundan oğurluq edilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bərdə rayon sakini Vasif Süleymanov tutulub.
Məlum olub ki, o, aprelin 28-də Səlyan yolu küçəsində Bakı şəhər sakinləri İlqar İsayevin və Elşən Məmmədovun idarə etdikləri «Daewoo» markalı avtobuslardan ümumilikdə 300 manat oğurlayıb.