Avropa Liqası: “Qarabağ” - “Tvente” oyununda qolsuz bərabərlik
Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.
Lent.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan çempionu “Qarabağ” cari mövsüm qitənin ikinci dərəcəli klub turnirində birinci matçına Bakıda çıxıb.
Çempionlar Liqasında uğursuzluq yaşayan və mübarizəni daha zəif turnirdə davam etdirən Ağdam təmsilçisi Hollandiya “Tvente”si ilə qarşılaşıb. Tarixində 4-cü dəfə Avropa Liqasının pley-offunda oynayan Qurban Qurbanovun yetirmələri tilsimi qırmağa çalışsalar da, qrup mərhələsinə yüksələcək komandanın adına 1 həftə sonra səfərdə aydınlıq gələcək.
Belə ki, bu mərhələdə qələbə qazanmayan “Qarabağ” yenə rəqibini məğlub edə bilməyib. Komandamızın bir qədər zəif çıxışına isə oyun qurucumuz Çumbinyonun zədə səbəbindən oyunu buraxması olub. Bundan əlavə, əsasən gənclərə bel bağlayan Qurbanov onlardan istədiyini ala bilməyib. Bakıda yenə qolsuz bərabərlik qeydə alınıb.
Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust
"Qarabağ" - "Tvente" (Hollandiya) - 0:0
Baş hakim: Manuel Qrafe (Almaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
797