Avropa Akademiyasının Seçkiləri Müşahidə Missiyası Azərbaycan keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, missiyaya Avropa İttifaqının 24 ölkəsi və Kanadanı təmsil edən 135 deputat və siyasi ekspertlər daxil olub. Missiya 125 seçki dairəsindən 45-də olub.
Bəyanatda bildirilir ki, 2013-cü ilin 9 oktyabrında Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq standartlara müvafiq və 2009-cu ilin referendumunda təsdiqlənmiş yeni Seçki Məcəlləsi əsasında keçirilib. Ölkədə çox saylı məcburi köçkünün olmasına baxmayaraq, müşahidəçilər seçicilərin qeydiyyatı ilə bağlı mühüm problemlər müşahidə etməyiblər. Qeyd olunub ki, müşahidəçilər namizədlərə pulsuz və ödənişli efir vaxtı verilib və mətbuatda nəşr üçün yer ayrılmasını müsbət qiymətləndiriblər.
Sənəddə deyilir ki, seçicilərin yüksək fəallığı müşahidə edilib və seçkilər dinc şəkildə keçirilib: “Seçki komissiyası və digər aşağı səviyyəli komissiyalar seçkilərə texniki baxımından hazır idi və seçkilər yaxşı təşkil olunub. İştirak sərbəst və könüllü idi, seçki məntəqələrə getməklə bağlı məhdudiyyətlər yox idi. Səslərin hesablanması və nəticələrin açıqlanması sərbəst aparılıb. Bu il keçirilən seçkilər nisbətən gənc demokratiya olan Azərbaycanda demokratik seçkilərin möhkəmlənməsi beynəlxalq standartlara müvafiqliyi baxımından növbətin irəliləyişin göstəricisidir”.