“Avqust ayında paytaxtda 12 suda boğulma hadisəsi qeydə alınıb”.
Bunu Lent.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. O. Şahmalıyev qeyd edib ki, suda boğulanlardan yalnız 5-nin həyatını xilas etmək mümkün olub. “Suda boğulanlardan 7-si ölüb, 3-ü xəstəxanaya yerləşdirilib, 2 nəfərə isə yerində tibbi yardım göstərilib”.
Baş həkimin müavini onu da qeyd edib ki, avqust ayı ərzində 5 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib və onlar da xəstəxanaya yerləşdirilib.