İki xarici ölkə vətəndaşları bu səbəbdən sərhəddə saxlanıldı
11 iyul 2019 16:05 (UTC +04:00)

İki xarici ölkə vətəndaşları bu səbəbdən sərhəddə saxlanıldı

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə Respublika ərazisinə külli miqdarda narkotik vasitə keçirən İran və Türkiyə vətəndaşları saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Astara şəhəri ərazisində mərkəzi bazarın qarşısında İran İslam Respublikasının vətəndaşı Reza Delaemilan və Türkiyə Cümhuriyyətinin vətəndaşı Haydar Yaba saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Astara RPŞ-də onların üzərinə keçirilən baxış zamanı hər ikisinin ayaqqabılarının alt hissəsinə yerləşdirilməklə gizlədilmiş ümimilikdə 1 kiloqram 235 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
 
Faktla bağlı araşdırma aparılır
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar