Astara sakini yıxılaraq xəsarət alıb.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Səncərədi kəndində qeydə alınıb.
Kənd sakini, 1975-ci il təvəllüdlü Sərhəd Əliyev evdə iş görərkən pilləkəndən yıxılaraq xəsarət alıb.
O təcili yardım maşını ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. S. Əliyevə ilkin tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.