Astarada 14 nəfəri aldadan şəxs saxlanılıb - <span style="color:red;">DƏLƏDUZLUQ
10 avqust 2015 13:39 (UTC +04:00)

Astarada 14 nəfəri aldadan şəxs saxlanılıb - DƏLƏDUZLUQ

0

Astarada dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, 2014-cü ilin avqust ayından dekabr ayınadək olan müddətdə Astara rayonunun Şahağacı kənd sakinləri Ceyhun Əhədov və Elşən Əliyev rayon sakinləri Rəziyyə İslamovanın, Tamara Abbasovanın, Həzrətqulu Əliyevin, Gülbəyim Əliyevanın, Xanımnisə Heydərovanın, Yasəmən Əkbərovanın, Sərfinaz Məmmədovanın, Ruhəngiz Əliyevanın, Tərifə Ərəbovanın, Aliyə Əliyevanın, İlahə İbrahimovanın, Minayə Səfərovanın, Rafiq Rəhimovun və Zəka Əliyevin etimadlarını qazanıb onların adına “Kapital bank”dan və “Respublika bank”dan ümumilikdə 29200 manat və 26600 ABŞ dolları götürülüb.

Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Əhədov tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 273

Oxşar yazılar