Arvadının başını qırxıb, qulağını kəsən ər barəsində cinayət işi başlandı
02 oktyabr 2013 19:35 (UTC +04:00)

Arvadının başını qırxıb, qulağını kəsən ər barəsində cinayət işi başlandı

Azərbaycanın Astara rayonunda bir neçə gün öncə əri tərəfindən döyülüb, işgəncələrə məruz qalmış 28 yaşlı Nisə Xəlilovanın səhhətində irəliləyiş var.

Zərərçəkmişin müalicə həkimi Etibar Cəlilov APA-nın cənub bürosuna bildirib ki, Nisə artıq sərbəst danışa bilir, həyatı üçün təhlükə arxada qalıb: “Hazırda xəstənin ümumi vəziyyətində yaxşılaşma müşahidə olunur, intensiv müalicə tədbirləri davam etdirilir”.

Hadisədə təqsirləndirilən Çingiz Mehdiyev isə hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona xəyanət etdiyini bildirib: “Yeddi ildir, arvadımdan çəkirəm. Bir dəfə boşamışdım, 9 ay öncə. Uşaqlarımı da gedib götürüb gətirdim, dedim ki, düzələr, düzəlmədi. Gecə saat 2.00 idi, yatmışdım, uşaq da çarpayıda yatmışdı. Durub gördüm ki, yoldaşım yoxdu, uşaq isə ağlayır. Uşağımı götürüb aparmışam qonşuya. Qonşuya aparandan sonra yoldaşımı axtarmışam. Saat 4.00 olardı, gördüm ki, yoldaşım maşından düşdü. Məni görəndə qaçıb girdi edə. Bir dəfə əlimlə, bir də çubuqla vurmuşam onu. Amma bıçaq söhbəti olmayıb. Bıçaq mizin üstündə olub, götürmüşəm ki, özümü müdafiə edim. Onların ailəlikcə üstümə gəlirdilər. Mən özümü müdafiə etmişəm”.

 

Çingizin anası Həyat Mehdiyeva isə oğlunun Nisə Xəlilova ilə 9 il öncə ailə həyatı qurduğunu, 7 ildir, gəlinlərinin düzgün yolda olmadığını, oğlu Çingizə xəyanət etdiyini, başqa bir kişi ilə görüşdüyünü deyib. Oğlunun narkotik aludəçisi kimi qələmə verilməsini isə ana şər və böhtan adlandırıb: “Yoxlasınlar, mənim uşağım içki içib, ancaq narkotik qəbul etməyib”.

 

N. Xəlilovanın anası Sevda Xəlilova isə ittihamları rədd edərək, qızının öz ailəsinə daim sadiq olduğunu deyib. S. Xəlilovanın sözlərinə görə, hadisə baş verən gün də Çingiz özü Nisəni bibisi qızı Qızqayıtgilə aparıb və gecə saat 3.00 radələrində Nisəni onlardan götürmək üçün içkili halda dalınca gedib: “Onlar özlərini müdafiə etmək üçün belə danışırlar. Dəfələrlə döyülüb, atası gətirib. Evimdə aylarla qalıb, yenə gəlib aparıb”.

 

Artıq faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

Çingiz Mehdiyev hələlik saxlanmayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1771
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46