Arvadını güllələyən kişinin işi MƏHKƏMƏDƏ
Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işinin ibtidai istintaqı başa çatıb.
APA-nın məlumatına görə, Z.Novruzov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd eədk ki, hadisə bu ilin iyun ayında Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. 61 yaşlı Novruzov Zahid Balabəy oğlu ov tüfəngi ilə həyat yoldaşı, 55 yaşlı Novruzova Təranə Yəhya qızının baş nahiyəsindən atəş açaraq öldürüb.
624