Arvadını bıçaqlayana hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını öldürməyə cəhddə ittiham olunan Sənan Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən S.Seyidov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Xəzər rayonu, Binə qəsəbəsində 1978-ci il təvəllüdlü Rəna İsayeva yaşadığı evdə keçmiş əri Sənan Seyidov ilə mübahisə edib. Əri qısqanclıq zəminində ona bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Xəzər rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən Sənan Seyidovu həbs edilib.
350