Arvadını bıçaqlayan şəxs məhkəmədən azadlığa buraxıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Mehman Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M.Süleymanov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə bu il Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivində qeydə alınıb. 1986-cı il təvəllüdlü Məmmədova Əfsanə Fəxrəddin qızı əri tərəfindən bıçaqlanıb. Döş qəfəsindən daxilə nüfuz edən ağır xəsarət alan 33 yaşlı qadın Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Mehman Süleymanov saxlanılıb.
Onu da qeyd edək ki, zərərçəkmiş Əfsanə Məmmədova ifadəsində əri ilə barışdığını, onu bağışladığını, şikayət və tələbinin olmadığını deyib.
649