Arvadını baltalayan şəxsin işi məhkəməyə göndərildi
Bərdədə münaqişə zəminində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Şahvələd Nadirxanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nural Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının tarixi yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, hadisə ötən il Bərdə rayonunun Cəyirli kəndində baş verib.
Kəlbəcər rayon sakini Nadirxanov Şahvələd Pənah oğlu həyat yoldaşına balta ilə xəsarət yetirib. Ağır xəsarət alan 1983-cü il təvəllüdlü Yəhyayeva Pərvanə Arif qızı yaxınları tərəfindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. Ş. Nadirxanov saxlanılıb və ona Cinayət Məcəlləsinin 29.120-ci(adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Hadisənin qısqanclıq zəmində törədildiyi və Ş. Nadirxanovun bir müddət əvvəl həbsdən çıxdığı bildirilir.
481