Argentina ilk oyununda qalib gəldi
16 iyun 2014 10:50 (UTC +04:00)

Argentina ilk oyununda qalib gəldi

Braziliyada keçirilən futbol üzrə dünya çempionatı davam edir. F qrupunda

Argentina – Bosniya və Herseqovina yığmaları qarşılaşıb. Rio-de-Janeyronun “Marakana” (“Mario Filyu”) stadionunda keçirilən qarşılaşmada Messinin forma geyindiyi Argentina millisi 2-1 qalib gəlib. Oyunda ilk qolu 3-cü dəqiqədə Kolazinak öz qapısına vurub və Argentina 1-0 önə keçib. 65-ci dəqiqədə Messi top fərqini 2-yə çıxarıb. Bosniya və Herseqovinanın yeganə qolunu isə 85-ci dəqiqədə İbişeviç vurub.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758
avatar

Oxşar yazılar