Antibiotiklər 11 nəfəri xəstəxanalıq etdi
25 avqust 2014 15:07 (UTC +04:00)

Antibiotiklər 11 nəfəri xəstəxanalıq etdi

0

 

Azərbaycanda avqust ayı ərzində dərmanların əlavə təsiri nəticəsində allergik reaksiyadan zərər çəkən 11 nəfər xəstəxanaya yerləşdirilib. 


 

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onların hər birinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. A. Maqsudov qeyd edib ki, dərmandan zəhərlənmə hallarının hamısı Bakı şəhərində qeydə alınıb: “Əsasən antibiotiklərin təsiri nəticəsində belə hallar qeydə alınır”.

 

A.Maqsudov əlavə edib ki, may ayında sirkə turşusundan 3 zəhərlənmə hadisəsi baş verib. Bunlar Bakının Nizami, Xəzər və Nərimanov rayonlarında qeydə alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1775

Oxşar yazılar