Bakının Xətai rayonunda 27 yaşlı gənc atası tərəfindən bıçaqlanıb. Lent.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Mixail Yuryeviç Dronova atası tərəfindən bir neçə bıçaq zərbəsi vurulub.
Bu barədə polis bölməsinə Yuri özü məlumat verib. O, izahatında bildirib ki, oğlu spirtli içki düşkünüdür. O, hər gün evə sərxoş gəlir və qalmaqal törədirmiş. Bundan əlavə evin əşyalarını satıb, pulu içkiyə verib. Yurinin sözlərinə görə, gecə Mixail evə sərxoş gəlib və anasına hücum çəkib. İddiaya görə, gənc anasını zorlamaq istəyib.
Qarnından və qolundan bıçaq xəsarətləri alan Mixail Dronov xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.