Alt geyimində Azərbaycana narkotik keçirən şəxs yaxalandı
25 aprel 2017 15:40 (UTC +04:00)

Alt geyimində Azərbaycana narkotik keçirən şəxs yaxalandı

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama keçirilib.

 

Yoxlama nəticəsində, vətəndaşın alt geyimində 3 ədəd paketdə 300 ədəd metadon adlı həb aşkar edilib.

 

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 300 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 12,0 qram təşkil edir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 99
avatar

Oxşar yazılar