Ali Hərbi Məktəbin keçmiş rəisi 3 il azadlıqdan məhrum edildi
31 iyul 2015 18:28 (UTC +04:00)

Ali Hərbi Məktəbin keçmiş rəisi 3 il azadlıqdan məhrum edildi

0

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi, polkovnik Mirzəli Yusifova hökm oxunub.

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hökmü ilə M. Yusifov 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, AAHM-in sabiq rəisi M. Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb və bir müddət sonra o həbs edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar