Martın 10-da erməni hərbi birləşmələrinin snayperinin açdığı atəş nəticəsində şəhid olmuş əsgər Əli Əbilov hələ dəfn olunmayıb. Şəhid əsgərin qohumları Lent.az-a bildirib ki, Ə.Əbilovun atası xaricdədir, buna görə də şəhidi hələ dəfn etməyiblər və atasının gəlməsini gözləyirlər. Atası gəldikdən sonra Ə.Əbilov Sumqayıt şəhərində dəfn edəcəklər. Yaxınları Ə.Əbilovun bayrağa bükülmüş cənazəsini evdə saxlayırlar.
Şirvan Şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, Beyləqan rayonu N saylı hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oğlu martın 10-da qoşunların təmas xəttində düşmən snayperindən açılan atəş nəticəsində başından aldığı güllədən şəhid olub.
Valideynləri Sumqayıt şəhərində yaşadığı üçün şəhid əsgərin Sumqayıt şəhərində dəfn olunacaq.
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bu gün şəhid ailəsinə baş çəkib.