Ağstafada silahlı insident olub
03 avqust 2015 13:21 (UTC +04:00)

Ağstafada silahlı insident olub

Ağstafa rayonunda silahlı insident olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qazax rayon sakini Şadət Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək iyulun 31-də  rayonun “Ceyrançöl” adlanan ərazisində Dağkəsəmən kənd sakini İmran Qafarovun münaqişə zəminində onu döyməsini və ov tüfəngindən onun istiqamətində havaya atəş açmasını bildirib.

 

Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qafarov tutulub və ondan  “TOZ-16” markalı tüfəng götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar