Ağstafada silahlı insident: <span style="color:red;">ana və qızı güllələndi
03 yanvar 2017 14:58 (UTC +04:00)

Ağstafada silahlı insident: ana və qızı güllələndi

Yanvarın 2-də Ağstafa rayonunun Yuxarı Göyçəli kəndində bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, rayon sakini Asim Allahverdiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən kənd sakinləri Şəfaqət Göyüşova və qızı Simizər xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

 

Ağstafa RPŞ əməkdaşları tərəfindən A.Allahverdiyevdən "Stevens" markalı tüfəng götürülüb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 94
avatar

Oxşar yazılar