Ağstafada iki yük maşını toqquşdu, sürücü ağır yaralandı
22 avqust 2014 07:50 (UTC +04:00)

Ağstafada iki yük maşını toqquşdu, sürücü ağır yaralandı

Bakı-Qazax avtomagistralının 464-cü kilometrliyində  ağır yol nəqliyyat hadisəsi  baş verib  
 
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə ötən  gün saat 15 radələrində  Ağstafa rayonun  Aşağı Göycəli kəndi ərazisində qeydə  alınıb. İri yük avtomobillərinin  toqquşması ilə nəticələn  qəza nəticəsində sürücülərdən biri  ağır yaralanıb. Qazax rayon Kosalar kənd sakini 43 yaşlı Binnət Əhmədov idarə etdiyi "Man" markalı avtomaşınla ötmə əməliyyatını düzgün həyata keçirmədiyindən qarşıdan gələn Türkiyə vətəndaşı Tuncay Ayazın idarə etdiyi "Tır" -la toqquşub.
 
Tırın sürücüsü öz yolu ilə  Qazaxdan Baki istiqamətində  getdiyini  və qarşıdan gələn avtomaşının onun üzərinə  dögrü  gəldiyini deyir
Nəticədə "Man" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər xəstənin vəziyyətinin orta ağır kimi  qiymətləndirirlər. 
 
Faktla Bağlı BDYP-nın İstinaq və Təqdiqat şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915
avatar

Oxşar yazılar