Ağır yol qəzasında 11 nəfər öldü
11 iyun 2016 23:24 (UTC +04:00)

Ağır yol qəzasında 11 nəfər öldü

0

Hindistanın Qucarat ştatında yük maşının motorikşa ilə toqquşması nəticəsində azı üçü uşaq olmaqla 11 nəfər ölüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  insident bu gün Çavand yaşayış məntəqəsində baş verib. Motorikşada olan sərnişinlərdən 9-u hadisə yerində, daha ikisi isə sonradan xəstəxanada keçinib. Bir nəfərin vəziyyəti ağır olaraq qalmaqdadır.   

 

Hindistanda yolların bərbad vəziyyətdə olması və sürücülərin yol hərəkəti qaydalarına riayət etməməsi səbəbindən baş verən yol qəzalarında hər gün orta hesabla 400, ildə isə 150 min insan ölür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar