Ağacdan yıxıldı, onurğa sütunu sındı
16 sentyabr 2017 22:29 (UTC +04:00)

Ağacdan yıxıldı, onurğa sütunu sındı

Qaxda qoz ağacdan yıxılan 59 yaşlı kişinin bel fəqərəsi sınıb. 

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun Tanqıt kənd sakini 59 yaşlı Adil Şıxməmməd oğlu Məmmədov yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan Adil Məmmədov Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

MRX-dan APA-ya verilən məlumata görə, Adil Məmmədova bel fəqərəsinin sınığı diaqnozu qoyulub, müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır.

 

Qeyd edək ki, sentyabrın 15-i günorta saatlarında rayonun Zərnə kənd sakini 50 yaşlı Elşən Əfəndiyev yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından yıxılıb. Döş qəfəsinin travması diaqnozu qoyulan Elşən Əfəndiyevin müalicəsi də xəstəxananın cərrahiyə şöbəsində aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15