Afrikada saxlanılmış tankerin heyəti arasında azərbaycanlı da var
30 may 2013 20:18 (UTC +04:00)

Afrikada saxlanılmış tankerin heyəti arasında azərbaycanlı da var

Bu il martın 15-də Sao Tome Sahil Təhlükəsizliyi tərəfindən saxlanılmış sahibi türk olan və Malta bayrağı altında üzən “Düzgit Integrity” tankerinin heyət üzvləri arasında Elmar Məmmədov adlı bir Azərbaycan vətəndaşı da var.

APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hazırda Sao Tomedə saxlanılan gəminin heyəti 17 nəfərdən (15 türk, 1 azərbaycanlı və 1 gürcü) ibarətdir.

 

Saxlanılmış «Düzgit Integrity» tankerinə yanacaq qaçaqmalçılığı iddiası ilə 5 milyon avro cəza kəsilib, həmçinin kapitanı 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Bu günlərdə isə Sao Tome Sahil Təhlükəsizliyinin açıqladığı adıçəkilən tankerlə radiostansiya vasitəsilə danışıqlarında gəminin Sao Tome rəsmi qurumunun icazəsi ilə hərəkət etdiyi məlum olub. Bu da gəminin heç bir əsas olmadan saxlanıldığını sübuta yetirib.

 

Qeyd edək ki, Sao Tome Mərkəzi Afrikada yerləşən ada dövlətdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630
avatar

Oxşar yazılar