Bu gün Aeroport yolunda ağır yol qəzası baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Sabunçu körpüsünün yaxınlığında iki “Mercedes” və bir “BMW” markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alanlar olub.
Sabunçu rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, qəza nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Hazırda faktla bağlı araşdırmalar aparılır.