Abşeron rayonunda mənzildən kişi meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə,“112” qaynar telefon xəttinə Masazır qəsəbəsində 1950-ci il təvəllüdlü Ramiz Kamran oğlu Mirzəyev mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə enərək 3-cü mərtəbədə yerləşən mənzilə eyvandan daxil olublar. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən ilkin müayinə zamanı K.Mirzəyevin vəfat etdiyi müəyyən olunub.
Əməliyyat saat 03:48-də başa çatıb.