Dünən Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Məhəmmədi kəndində kənd sakini Xətai Nəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qazax rayon sakini Vüsal Əsgərovu vurub. Qəza nəticədə piyada hadisə yerində ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.