Abşeronda üçotaqlı, Masallıda beşotaqlı ev yandı
30 iyul 2015 02:56 (UTC +04:00)

Abşeronda üçotaqlı, Masallıda beşotaqlı ev yandı

0

Ötən axşam Abşeron və Masallıda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Təzəkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

 

Masallı şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m (hər mərtəbəsi 100 kv.m) olan ikimərtəbəli 5 otaqlı evin çardağının yanar konstruksiyaları 80 kv.m sahədə, 1 otağın yanar konstruksiyası və ev əşyalar 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar