16 yaşlı oğlan su kanalında batdı - YENİLƏNİB
13 iyun 2016 07:30 (UTC +04:00)

16 yaşlı oğlan su kanalında batdı - YENİLƏNİB

0

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində su kanalında çimərkən batmış 2000-ci il təvəllüdlü Xəlilov Rəşad Mahir oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, əməliyyat saat 06:33-də başa çatıb.

 

***

 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində 1 nəfərin su kanalında batması barədə məlumat daxil olub.

 

Lent.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlayıb.

 

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar