Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yenikənd kənd sakini Eyvaz Məmmədov "QAZ-53" markalı avtomaşını Qaraçay çayına aşırıb. Nəticədə sərnişinlərdən Hikmət İsmayılov hadisə yerində ölüb.
Xəsarət almış digər sərnişinlərə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.