Vergidən yayınan türkiyəli iş adamı beynəlxalq axtarışa verildi
20 avqust 2014 14:08 (UTC +04:00)

Vergidən yayınan türkiyəli iş adamı beynəlxalq axtarışa verildi

0
Azərbaycanın hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 58 yaşlı Mehmet Yaylak vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.

 

APA-nın əldə etdiyi məlumata görə, Mehmet Yaylak Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olub. 

 

Qeyd edək ki, son vaxtlar Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib.

 

Onların hamısı vergidən yayınmada ittiham olunur.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1288

Oxşar yazılar