"Tofaş" gənci vurdu
08 iyul 2016 05:51 (UTC +04:00)

"Tofaş" gənci vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, hadisə Nizami rayonu Keşlə qəsəbəsi Təzə kənd küçəsində  qeydə alınıb. Qəsəbə sakini 21 yaşlı Tahir Tacir oğlu Şükürov yolu keçmək istəyərkən "Tofaş" markalı avtomobil onu vurub. Piyadanı vuran "Tofaş" markalı avtomobil daha sonra yol kənarındakı hasara çırpılıb. Avtomobilin sürücüsü xəsarət almayıb. Yaralı piyada hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılıb.

 

Əməliyyat olunan yaralının vəziyyətini həkimlər orta ağır kimi qiymətləndirir.

 

Sürücünün ifadəsi alınıb, avtomobil cərimə meydançasına aparılıb.

 

Faktla əlaqədar araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263
avatar

Oxşar yazılar