Bu gün Tovuz şəhəri, Sabir küçəsi 21 (Mərkəzi poçtla üzbəüz) ünvanında “Unibank”ın daha bir filialının açılışı olub. Filial rayon əhalisinin və eləcə də, ətraf bölgələrin sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. “Tovuz” filialı, pərakəndə kreditlərin verilməsi ilə məşğul olacaq. Həmçinin kiçik və orta biznesin maliyyələşdirilməsi üçün mikrokreditlərin ayrılmasını həyata keçirəcək. Bundan başqa, fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.
Regional filialların genişləndirilməsi bankın əsas inkişaf prioritetləri sırasındadır. “Tovuz” filialı “Unibank”ın regionlarda açılan 13-cü filialıdır. Yeni filialın açılışı ilə “Unibank”ın filial şəbəkəsi 32-yə çatdı.
Müştərilərinə bütün həftəni xidmət etmək üçün “Unibank”ın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/ unibank.az) əldə etmək olar.
“Unibank” – hər kəsin bankı.