Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib.
İyunun 1-də ”Meqafun” Əyləncə Mərkəzi ilə birlikdə 150 nəfərdən artıq uşaq üçün bayram tədiri keçirilib. “Bakcell”in KSM proqramının tərəfdaşları olan SOS Uşaq Kəndləri və Azərbaycana Birgə Yardım (UAFA) təşkilatlarında təmsil olunan uşaqlar bayram münasibətilə “Meqafun”da maraqlı bir gün keçiriblər.
“UAFA-nın tərkibində fəaliyyət göstərən reabilitasiya mərkəzilərində əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası üçün Bakcell, 3 ildən artıqdır ki, UAFA ilə əməkdaşlıq edir. Həmin gün əyləncə mərkəzinə gələn fiziki problemləri olan uşaqlar uzunmüddətli təlimlərin, eyni zamanda valideynlərinin və “Meqafun” əməkdaşlarının dəstəyilə başqa uşaqlar kimi oynaya və əylənə bildilər. SOS təşkilatı da bizim uzunmüddətli tərəfdaşlarımızdan biridir və Bakcell buradakı valideyn himayəsindən məhrum olan uşaqları heç zaman diqqətdən kənarda saxlamır ”, deyə “Bakcell” KSM layihələri üzrə məsul nümayəndəsi Kəmalə Vəlixanova bildirib.
”Meqafun” Əyləncə Mərkəzindən isə “Bakcell”in valideyn himayəsindən məhrum və əlilliyi olan uşaqlara yönəlik bu cür təşəbbüslərinə dəstək göstərməyə həmişə hazır olduqları bildirilib.
Bakcell, eyni zamanda iyunun 2-də UAFA tərəfindən təşkil olunan daha bir tədbirə dəstək verib. Burada əlilliyi olan uşaqlardan ibarət incəsənət öz bacarıqlarını numayiş etirib, tanınmış müğənnilər uşaqlara bir araya gəlub. Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbirdə həmçinin “Bakcell Art” adlı sərgi-satış yarmarkası da təşkil olunub. Burada Bakceəə tərəfindən dəstəklənən icma reabilitasiya mərkəzlərinin uşaqlarının çəkdikləri rəsm əsərləri satışa çıxarılıb.
Qeyd edək ki, Bakcell şirkəti UAFA ilə 2010-cu ildən UAFA-nın Yasamal, Xaçmaz və Gəncədə yerləşən icma əsaslı reabilitasiya mərkəzlərinə dəstək göstərir. “İncəsənət vasitəsilə ünsiyyət” layihəsi çərçivəsində bu mərkəzlərdə əlilliyi olan uşaqlar üçün teatr, rəqs, rəssamlıq, foto və kompüter məşğələləri təşkil olunur. Layihə əlilliyi olan 500-dən artıq uşağa yeni bilik və bacarıqlar qazandırmaqla onların cəmiyyətə inteqrasiyasını dəstəkləyir. Ötən il UAFA adından “Powerlifting Bench-Press” Azərbaycan çempionatında iştirak edən uşaqlar respublika üzrə birinci və yerləri tutublar, eyni zamanda digər məşğələrdə iştirak edən uşaqlar bir sıra sərgi və yarışlara həvəslə qatılıblar.