Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell iyun ayında start verdiyi xüsusi endirmli rouminq kampaniyasının vaxtını uzadıb. Bundan başqa, kampaniyada iştirak edən ölkələrin sayı artıq beşə çatıb. Beləliklə, indi Türkiyə, Gürcüstan və Rusiya ilə yanaşı, Qazaxıstan və Ukraynaya səfər edən Bakcell abunəçiləri də sərfəli danışıq qiymətlərindən yararlana biləcəklər.
Qeyd olunan 5 ölkədə CİN və Yeni Klass abunəçiləri daxil olan zənglərin dəqiqəsinə sadəcə 0.35 AZN ödəyirlər. Kampaniya çərçivəsində çıxış zənginin bir dəqiqəsi isə 0.75 AZN-dir.
Kampaniyanın gündəlik xidmət haqqı 0.35 AZN təşkil edir. Kampaniyaya qoşulmaq üçün *130#YES nömrəsini, iştirakınızı dayandırmaq üçün isə *130#0#YES yığın. Abunəçi Azərbaycana qayıdan zaman xidmət avtomatik olaraq dayandırılır.
Səfərdə olarkən ən sərfəli rouminq tariflərindən yararlanmaq üçün abunəçilər aşağıda göstərilən şəbəkələrə qoşulmalıdırlar:
Türkiyə – Vodafone və Avea
Gürcüstan – Magticom və Mobitel
Rusiya – Beeline
Qazaxıstan – Beeline
Ukrayna – Kyivstar