İndi AG Bank xidmətlərinin istifadəçiləri əməliyyatlarını hesab.az ödəmə portalından həyata keçirə biləcəklər.
AG Bank GoldenPay ödəmə sisteminə qoşuldu. İndi Hesab.az portalındakı yeni xidmət vasitəsilə istifadəçilər AG Bankda kredit sifariş verə və cari kreditlərinin ödənişlərini həyata keçirə bilərlər. Bunun üçün “Bank lizinq” kateqoriyasını seçmək lazımdır. Bankların siyahısında AG Bank-ı görəcəksiniz. Ora öz məlumatlarınızı daxil edə bilərsiniz. Bank nümayəndələri onu yoxlayıb, sizə kredit vermək barədə qərarını verəcək və sizinlə əlaqə saxlayacaqlar.
AG Bank Hesab.az onlayn xidmətlər portalına qoşulmuş 4-cü bank oldu. Buna qədər hesab.az xidmətlərindən yalnız Turan Bank, AtaBank və UniBank müştəriləri istifadə edirdilər.
Hesab.az vasitəsilə bank xidmətlərinin ödənİşlərini edən müştərilər ödənən hər manat üçün 10 bonus xalı qazanır.
Onlayn ödəmələrin ən üstün cəhəti birinci növbədə müştərilərin rahatlığıdır, belə ki, ödəmələr üçün bank ofisinə getməyə və növbələrdə gözləməyə ehtiyac qalmır.
Bu gün GoldenPay ödəmə sisteminə 100-ə qədər Azərbaycan şirkəti qoşulmuşdur. Golden Pay vasitəsilə istifadəçilər kommunal hesabların, İnternet provayderlərinin əksəriyyətinin, mobil operatorların, həmçinin bir neçə bankın xidmətlərinin ödənişini həyata keçirə bilirlər.
Bütün tranzaksiyalar real vaxt rejimində aparılır, təhlükəsizliyi tam təmin olunur və heç bir komissiya tutulmur.
Hesab.az portalında “Şəxsi kabinet” bölməsində qeydiyyatdan keçmiş hər istifadəçi öz ödəmələrinin tarixçəsini apara, bonuslar toplaya və həmin bonuslarla müxtəlif kampaniyalarda iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.