Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qarabağ"ın rəqibi olan "Sent Etyen" ciddi itki ilə üzləşib. Lent.az-ın məlumatına görə, klubun türkiyəli hücumçusu Mövlüd Ərdinc zədələnib. Fransa çempionatnda “Marsel”lə qarşılaşmada zədələnən oyunçunun 3 həftə yaşıl meydandan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, “Marsel”- “Sent-Etyen” qarşılaması birincilərin 2:1 hesabı ilə qələbəsi ilə başa çatıb.