"NİDA" üzvü prezidentdən əfv olunmasını istədi
15 oktyabr 2014 13:21 (UTC +04:00)

"NİDA" üzvü prezidentdən əfv olunmasını istədi

3 saylı istintaq təcridxanasında saxlanılan “NİDA” Vətəndaş Hərəkatının üzvü Ömər Məmmədov prezident İlham Əliyev, Mətbuat Şurası və Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyinə müraciət ünvanlayıb.


Lent.az-ın məlumatına görə, bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Ö.Məmmədov ərizəsində qeyd edib ki, cinayət əməlinə görə həbs edilərək 3 saylı istintaq təcridxanasında saxlanılır: " Həbs olunan günədək ali təhsil alırdım, təhsilimi davam etdirmək, valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz. Əvvəlcədən öz adımdan və ailəmin adından Sizə təşəkkür bildirirəm".

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628
avatar

Oxşar yazılar