"Gülər Əhmədova xüsusi maşınla gedib-gəlir"
06 mart 2013 22:34 (UTC +04:00)

"Gülər Əhmədova xüsusi maşınla gedib-gəlir"

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


 


APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Ə. Zeynallı vəsatətinin olduğunu deyib. Hakim isə cavab olaraq artıq istintaqın yekunlaşdığını qeyd edib, çıxış üçün sözü vəkil Elçin Sadıqova verib. Ə. Zeynallı isə sabiq deputat Gülər Əhmədovanın məhkəmədə dindirilməsinin vacib olduğunu deyib: “Onun vəkili açıqlama verir ki, yəqin Əvəz Gülər Əhmədovanın onun prosesində ifadə vermək istəməsini yuxuda görüb. Deyir mən məhkəmədə gəlib ifadə verməyəcəyəm. Sən axı kimsən? Əvvəl Gülər deputat idi. Məhkəməyə gətirə bilmirdiniz. İndi nə problem var ki?”

 

 

Hakim R. Allahverdiyeva isə bildirib ki, həmin məsələyə artıq baxılıb və qərar qəbul olunub.

 

 

Daha sonra prosesdə Ə. Zeynallının vəkilləri - Elçin Sadıqov, Rəşid Hacılı və Mənsum Bayramov müdafiə nitqi ilə çıxış edərək Ə. Zeynallının barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər.

 

 

Bundan sonra Ə. Zeynallı son söz deyib. O bildirib ki, Gülər Əhmədovanın xəstə olması barədə mətbuatda yayılan məlumatlar doğru deyil: “Gülər Əhmədova top kimidir. Srağagün Gülər Əhmədovanı görmüşəm. Yağ-bal içində yaşayır. Xüsusi maşınla gedib-gəlir. Ya Güləri öldürəcəklər, ya da xəstəliklərini bəhanə edib azadlığa buraxacaqlar. Ona görə belə açıqlamalar verirlər. Gülərin aldığı hər nəfəsdən xəbərim var. Gülərin vəkilləri deyirlər ki, Elşad Abdullayevin qanunsuz əldə etdiyi videolar əsas sayıla bilməz. Bu qanunsuzdur. Amma mənim cinayət işimdə Gülərin qanunsuz yolla yazdığı səs yazısı əsas kimi götürülür”.

 

Ə. Zeynallının çıxışından sonra məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.

 

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bildirilib ki, növbəti məhkəmə prosesinin vaxtı bir müddət sonra elan olunacaq.

 

Qeyd edək ki, Ə.Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə ittiham olunur.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2876
avatar

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00