"Daewoo" Hövsan yolunda qazılan kanala düşdü
29 iyun 2016 06:38 (UTC +04:00)

"Daewoo" Hövsan yolunda qazılan kanala düşdü

0

 Bakının Suraxanı rayonunda yol qəzası baş verib.

 

APA-nın məlumatına görə,  hadisə Hövsan yolunda qeydə alınıb. Hövsan istiqamətində "Daewoo" markalı avtomobili ilə hərəkətdə olan 28 yaşlı Elvin Məmmədov yolda qazılan kanala düşüb. Elvin Məmmədov qəzaya uğrayan avtomobildən özü çıxa bilib. Hadisə nəticəsində sürücü xəsarətlər alıb. Hadisə şahidlərinin sözlərinə görə, təmir aparılan yolda kanalın qazılması barədə xəbərdaredici nişan olmayıb.

 

Hadisə yerinə cəlb edilən ağır texnika vasitəsi ilə avtomobil kanaldan çıxarılıb.

 

Faktla əlaqədar araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 532

Oxşar yazılar