Parlament seçkilərinin ən yaşlı və ən gənc namizədləri onlardır
09 oktyabr 2015 15:31 (UTC +04:00)

Parlament seçkilərinin ən yaşlı və ən gənc namizədləri onlardır

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edən namizədlərin ən yaşlısı 79, ən gəncin isə 25 yaşı var.

 

Lent.az-ın Mərkəzi Seçki Komissiyasının saytında qeyd olunan məlumatları əsasında apardığı araşdırmaya görə, seçkilərdə iştirak edən ən yaşlı namizəd 50 saylı Abşeron Qobustan seçki dairəsindən xalq artisti Zeynəb Xanlarovadır. Zeynəb Xanlarova 28.12.1935-ci ildə anadan olub. Z.Xanlarova Azərbaycan parlamentinin ən çox deputatlıq mandatı daşıyan üzvlərindəndir. O, seçkilərə bitərəf namizəd kimi qoşulur.

 

Parlament seçkilərində ən gənc namizəd isə 18 daylı Nərimanov-Nizami seçki dairəsindən Zaur Mehdiyevdir. Zaur Mehdiyev 16.09.1990-cı ildə anadan olub. Onun namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242

Oxşar yazılar