
Gürcüstanda AĞIR QƏZA: 3 Azərbaycan vətəndaşı öldü - YENİLƏNİB - FOTOLENT
Gürcüstanda baş verən ağır yol qəzasında ölən Azərbaycanlıların şəxsiyyəti müəyyənləşib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı “Mersedes”in sürücüsü Zaqatala rayon sakini, 1975-ci il təvəlllüdlü Aydın Xəliloiv və sərnişini Zaqatala rayon sakini 1960-cı il təvəllüdlü Yusif Dibirov aldıqları ağır bədən
xəsarətlərindən hadisə yerində ölüblər.
Yusif Dibirovun gəlini və iki azyaşlı nəvəsi isə xəsarət alıblar. Azyaşlılardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Aydın Xəlilovu və Yusif Dibirovun meyitlərinin sabah Zaqatalaya gətirilməsi nəzərdə tutulub.
12:40
Gürcüstanda baş verən ağır yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Gürcüstan respublikası ərazisində baş verib.
Zaqatala rayon sakininin idarə etdyi "Mercedes" markalı minik avtomobili qəzaya düşüb.
Qəza zamanı sürücü daxil olmaqla, 3 Zaqatala rayon sakini hadisə yerində ölüb, biri azyaşlı olmaqla, 2 nəfər yaralanıb.
Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi və meyitlərin Zaqatalaya gətirilməsi istiqamətində iş aparılır.
Oxşar yazılar

Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15