<span style="color:red;">Bakı yaxınlığında dəhşət:  maşın 3 nəfərin üstündən keçdi - YENİLƏNİB
11 noyabr 2016 11:24 (UTC +04:00)

Bakı yaxınlığında dəhşət: maşın 3 nəfərin üstündən keçdi - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Aşağı Güzdəkdə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 10-da saat 13 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakinləri Samirə Şəkərəliyeva, Ramil Xəlilov və Hökməli qəsəbə sakini Əliağa Əliyev vurulub. Onlar xəstəxanaya yerləşdirilib və Ə.Əliyev orada ölüb.

 

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Dacia" markalı avtomobilin  sürücüsü Müşviqabad qəsəbə sakini Ağaşah Məmmədəliyev saxlanılıb.

 

 

*****

 

10:12

 

Aşağı Güzdək qəsəbəsində ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, qəsəbə ərazisində "Dacia" markalı minik avtomobili yolu keçməyə çalışan 3 nəfəri vurub. Nəticədə maşının altında qalan şəxslərdən 60 yaşlı kişi hadisə yerində ölüb. 37 yaşlı kişi və 28 yaşlı qadın isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298
avatar

Nizam Rza

Oxşar yazılar