(R) Bakıda Qlobal Biznes və Texnologiyanın İdarə edilməsinə dair tədqiqatlar müzakirə olundu
16 iyul 2014 12:41 (UTC +04:00)

(R) Bakıda Qlobal Biznes və Texnologiyanın İdarə edilməsinə dair tədqiqatlar müzakirə olundu

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti,  Qlobal Biznes və Texnologiyalar Assosiasiyası (GBATA) və ADA Biznes Məktəbinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən 16-cı beynəlxalq konfransın baş sponsorlardan biri oldu.

Konfransın əsas məqsədi biznes və texnologiyaların idarə edilməsi sahəsində mövcud olan problemlər və nailiyyətlərə dair müxtəlif mövzuları əhatə edən təqdimatlar vasitəsilə ən son məlumatın mübadiləsini asanlaşdırmaq məqsədilə xüsusi beynəlxalq forumun təşkil edilməsidir.

“Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyiş” mövzusunda keçən konfransın əsas məqsədi ictimai/şəxsi sənaye və təşkilatların qarşılaşdığı problemlərə dair fikir mübadiləsini təşviq etməkdir. Konfrans çərçivəsində plenar sessiya, təqdimat, təhlil, dəyirmi masa, seminar və forumlar keçirilmişdir.

Konfransda 50-dən çox ölkədən 400-ə yaxın tanınmış alim və biznes mütəxəssisləri iştirak etmiş və öz universitetlərində keçirilən yüksək səviyyəli qlobal biznes və texnologiyaların idarə edilməsinə dair tədqiqatlar barədə müzakirələr aparmışdır.

Azərbaycan informasiya və kommunikasiya texnologiyaları vasitəsilə biznes və texnologiya sahəsində böyük nailiyyətlərə imza atmaqdadır. Ən yüksək texnologiyaları mobil kommunikasiya sahəsində tətbiq etməklə, “Bakcell” şirkəti bu inkişafda öz fəal iştirakı ilə qürur duyur.

 

# 409
avatar

Oxşar yazılar