<b>Axtarışda olan şəxslərdən heroin tapıldı</b>
29 aprel 2019 10:19 (UTC +04:00)

Axtarışda olan şəxslərdən heroin tapıldı

Bərdədə xuliqanlıq hərəkətləri etməkdə şübhəli bilinən şəxslərin başqa cinayətləri üzə çıxıb.

Lent.az-ın məlumatına görə, axtarışa verilən 1992-ci il təvəllüdlü Babək Məmmədov və 1984-cü il təvəllüdlü Vüqar Bayramov saxlanılıb.

Şübhəli şəxslər saxlanılan zaman üzərlərinə baxış keçirilib. Baxış zamanı hər iki şəxsdən ümumilikdə 9 qramdan artıq heroinə bənzər maddə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630

Oxşar yazılar