Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin İstanbul və Ankara şəhərlərinə bütün təyyarə reysləri ləğv edilib. Bu barədə APA-ya AZAL-dan məlumat verilib.
Məlumata görə, ləğv olunanlar 06.45-də reallaşmalı olan Bakı-İstanbul (Sabiha Gökçen havalimanı), 08.45-də yola düşməli olan Bakı-İstanbul (Atatürk hava limanı) və 09.10-da havaya qalxmalı olan Bakı-Ankara reysləridir.
İstanbul və Ankaradan Bakıya olan reyslər də ləğv edilib.
***
03:57
Türkiyədə hərbi çevriliş cəhdi səbəbindən Bakı-İstanbul aviareysi təxirə salınıb.
"APA-Economics"in məlumatına görə, reysi Türk Hava Yolları şirkəti yerinə yetirməli idi.
Hazırda Türk Hava Yollarının Bakı ofisinin rəhbərliyi də Heydər Əliyev Beynəlxalq Hava Limanındadır.